Logo

“Tələbələr üçün IB təlimi” proqramını uğurla başa vuran gənclərə sertifikat verilib - FOTO

15.05.2024 15:24 209 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Tələbələr üçün IB təlimi” layihəsi çərçivəsində sertifikat təqdimetmə mərasimi keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək təlim çərçivəsində tələbələrin qazandıqları bacarıqlardan söz açıblar.

Sonra tələbələrin təəssüratları dinlənilib.

Sonda təlim proqramını uğurla başa vuran tələbələrə sertifikat verilib.

Pedaqoji Universitet Avropa Azərbaycan Məktəbi ilə birgə ötən il dekabrın 7-dən “Tələbələr üçün IB təlimi” layihəsini həyata keçirməyə başlayıb. Təlimlərdə tələbələrə beynəlxalq bakalavr proqramının (IB) dərindən öyrədilməsi nəzərdə tutulub. Altı ay müddətində davam edən təlimlər Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən aparılıb. Təlimin əsas məqsədi IB kurikulumunun əsas tələb və meyarları əsasında peşəkar müəllim profilini inkişaf etdirməkdir. Təlim proqramının digər məqsədi tədris prosesinin təşkili zamanı IB kurikulumunun tətbiqi, istifadə olunan metod və alətlər, öyrətmənin effektivliyini artıran strategiyalar və onlar vasitəsilə keyfiyyətli tədris mühitinin yaradılması yollarını gələcəyin müəllimlərinə ötürməkdir.

Ümumilikdə ADPU-nun 7 fakültəsindən təlimə qoşulan 61 tələbədən 6 ay müddətində təlimlərdə davamlı iştirak edən 35 nəfər proqramı uğurla tamamlayaraq sertifikata layiq görülüb.

Xəbər lenti