Logo

BDU-da Cahangir Məmmədlinin ustad dərsi olub - FOTO

14.05.2024 18:23 212 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədlinin ustad dərsi olub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, o, “Müasir mətbuatda müsahibə və onun janr xüsusiyyətləri” mövzusunda mühazirə ilə çıxış edib.

Cahangir Məmmədli müsahibənin müasir mətbuatda oynadığı roldan danışıb. Professor 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin xarici mediaya verdiyi müsahibələrdən maraqlı nümunələr gətirərək informasiya müharibəsində janrın üstünlüklərindən bəhs edib.

Təqdimatda Cahangir Məmmədlinin erməni vandallığına uğramış Ağdam məscidi qarşısındakı müsahibəsinə də yer verilib.

Sonda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.

Xəbər lenti