Logo

Agentlik direktoru: "Artıq 3 min müəllim MİQ üçün qeydiyyatdan keçib"

15.05.2024 13:14 282 baxış
IMG

"Bu gün saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Artıq 3 min müəllim qeydiyyatdan keçib".

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Kənan Nağıbəyli

Xəbər lenti