İstanbul Aydın Universitetinin qurucusu Mustafa Aydın Xəzər Universitetində olub.
Bu barədə "Tehsil.biz"ə Xəzər Universitetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva, koordinatoru Əli Mirzəzadə iştirak ediblər.
Universitet rəhbərləri qarşılıqlı fikir mübadiləsi prosesində təhsil ocaqları arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişafı və digər məsələləri müzakirə ediblər.
Sonra Mustafa Aydın Xəzər Universitetinin tələbələri üçün seminar keçib. Seminarda təhsildə strateji idarəetmədən, keyfiyyətin təminatından və qlobal təhsil strategiyalarından bəhs olunub.