Logo

Britaniyada təhsil almaq istəyən əcnəbi tələbələrin sayında azalma müşahidə olunub

14.05.2024 19:04 314 baxış
IMG

Böyük Britaniyada magistratura və doktorantura təhsili almaq istəyən əcnəbi tələbələrin sayında azalma müşahidə olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə hökumətə təhsil üzrə məsləhətlər verən Miqrasiya Məsləhət Komitəsinin yeni hesabatında deyilir.

Bildirilir ki, hökumətin təhsil vizalarına məhdudiyyətlər qoymasından sonra bu ilin sentyabr ayında Britaniya universitetlərində magistratura və doktorantura təhsili almaq üçün əmanət ödəyən əcnəbi tələbələrin sayı əvvəlki illə müqayisədə 63 faiz azalıb.

Hesabatda qeyd edilib ki, Britaniya əcnəbi tələbə sayını daha da məhdudlaşdırmaqdan çəkinməlidir, çünki bu, ölkə universitetlərini risk altında qoyur.

Qeyd edək ki, Britaniya hökumətinin yeni qanununa əsasən, 2024-cü il yanvarın 1-dən etibarən yalnız tədqiqat proqramları kimi təyin olunmuş aspirantura kurslarında təhsil alan xarici tələbələr himayəsində olan şəxsləri özləri ilə Britaniyaya gətirə bilərlər. Digər əcnəbi tələbələrə özləri ilə himayəsində olan şəxsləri Britaniyaya gətirmək icazəsi ləğv edilib.

Xəbər lenti