Logo

Gömrük orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

15.05.2024 11:04 293 baxış
IMG

Gömrük orqanlarına xidmətə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edilir.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər mayın 30-u saat 10:00-dək DİM-in internet saytında “Gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Burada namizədlər ilk növbədə “Şəxsi kabinet” yaratmalıdırlar. Daha sonra imtahanda iştirak etmək üçün ödəniş edilir. Ödənişin məbləği 82.60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsaiti daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında yerləşdirilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra “Qeydiyyat” pəncərəsi vasitəsilə imtahana yazılmaq mümkündür.

Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı iyunun 9-da saat 10:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Namizədlər imtahana 3- 4 gün qalmış “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

İştirakçılar müsabiqə elanı haqqında geniş məlumatı linkdən əldə edə bilərlər.

Xəbər lenti