"Ailə psixoloqu ilə yanaşı, hərbi psixoloq ixtisası da ali təhsil proqramına daxil edilməlidir".
Tehsil.biz xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda deyib.
"İkinci Qarabağ müharibəsi nəticəsində ailələrə dəymiş psixoloji sarsıntıların aradan qaldırılması istiqamətində işlər görülməlidir", - o, bildirib.