Logo

“Muzeylər, təhsil və tədqiqat” devizi altında intellektual yarışma keçiriləcək

16.05.2024 17:46 148 baxış
IMG

Mayın 17-də Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər, təhsil və tədqiqat” devizi altında “Breyn-rinq” intellektual yarışması keçiriləcək.

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, yarışmada müxtəlif gənclər təşkilatlarının üzvləri, universitet tələbələri və muzeyin əməkdaşlarından ibarət 8 komanda iştirak edəcək. Yarışmanın məqsədi “Muzeylər, təhsil və tədqiqat” devizi altında gənclərin muzeydə maarifləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsidir.

Yarışmanın qalibləri kubok, medal və sertifikat ilə təltif olunacaqlar.

Xəbər lenti