Logo

Bu müəllimlər təkrar sertifikatlaşdırılma prosesindən keçiriləcək

15.05.2024 13:23 278 baxış
IMG

"İyunun 21-22-də və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək".

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, sertifikasiya ilə bağlı məlumatlar müəllimlərin şəxsi səhifələrinə göndərilib:

“Müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər. İyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılma prosesi də keçiriləcək”.

Kənan Nağıbəyli

Xəbər lenti