"Hazırda bütün dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biri hesab edilir".
Tehsil.biz xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində universitetin prorektoru Fariz İsmayılzadə deyib.
O, iqlimlə bağlı problemlərin həlli yollarını bütün dünyanın birlikdə axtarmalı olduğuna diqqət çəkib:
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir. Əvvəlki COP-lardan fərqli olaraq bu il alimlər iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli istiqamətində siyasətçilərə yeni ideyalar verəcək və fəal iştirak edəcəklər. Düşünürəm ki, COP29 şəbəkələşmə əlaqələrinin yaradılması üçün geniş imkanlar açacaq”.