Logo

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub - FOTO

02.05.2024 22:05 275 baxış
IMG

UNEC ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasındakı imzalanan əməkdaşlıq memorandumu çərçivəsində nazirliyin 13 nəfər əməkdaşı üçün keçirilən “Liderlik” üzrə Mini-MBA sertifikat proqramı uğurla yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, UNEC tərəfindən təşkil olunan 6 aylıq proqramda nazirliyin əməkdaşlarına liderlik və idarəetmə, komanda quruculuğu və təşkilati davranışın formalaşdırılması mexanizmi, maliyyə və insan resurslarının effektiv idarəetmə üsulları, eyni zamanda müasir dövrün tələbləri və rəqəmsallaşma ilə inteqrasiya olunan təşkilati mədəniyyətin qurulması ilə bağlı təlimlər keçirilib.

Proqram İsraildə “Soft Skills: Təlimçilərin təlimi” beynəlxalq proqramı üzrə kvalifikasiya sertifikatlarını qazanmış UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılıb.

Sertifikatların təqdimat olunması mərasimində iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, UNEC-in prorektoru dosent Fariz Əhmədov proqramın məzunlarını təbrik ediblər, onların əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm rol oynayacağından əminliklərini ifadərə edərək, məzunlara uğurlar arzulayıblar.

Çıxışlardan sonra nazirliyin əməkdaşlarına sertifikatlar təqdim olunub.

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub

Xəbər lenti