“Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində İspaniyanın Granada Universiteti və Rumıniyanın Babeş-Bolyai Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olublar.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, qonaqlar Mühəndislik, eləcə də Pedaqoji fakültənin müəllim və tələbələri ilə görüşüblər.
Granada Universitetinin nümayəndəsi Antonio Ruiz Moya Kompüter və informasiya texnologiyası kafedrasının tələbələri, Babeş-Bolyai Universitetindən Diana Felicia Panait isə Biologiya müəllimliyi kafedrasının tələbələri üçün ixtisasları ilə əlaqəli mövzularla bağlı geniş təqdimatlarla çıxış ediblər.
Qonaqlar, həmçinin BMU-nun kampusu, Texnopark və laboratoriyaları ilə yaxından tanış olublar.
Mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri gücləndirmək məqsədi daşıyan səfər bir həftə davam edib.