Logo

Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda məruzə ediblər

02.05.2024 20:49 149 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyənin Çorum vilayətində II beynəlxalq “Türküstandan Anadoluya irfan ənənəsi: Abdal Ata” simpoziumunda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Misir, Fransa, Rusiya, Tatarıstan və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı simpoziumda Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Aynurə Məmmədova “Rəsfül Əlfaz fi Kəşfül Əlhaz” əsərindəki təsəvvüf terminləri”, həmin şöbənin böyük elmi işçisi İradə Vəzirova “Seyyid Yəhya Şirvani-Bakuvinin təsəvvüfə aid risalələrində mətn fərqləri (Bakı və Çorum nüsxələrində mətn fərqlərinin tədqiqi)” mövzularında məruzə ediblər. Azərbaycan alimləri çıxışlarına görə iştirakçı sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, beynəlxalq simpozium Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Çorum bələdiyyəsi, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu, Hitit Universiteti, MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) və digər elmi-tədqiqat və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti