Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı davam edir.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Festivalın ilk günü ölkəmizin nüfuzlu 105 şirkəti tərəfindən BDU-nun tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim olunub.
Bu gün isə müxtəlif mövzularda vörkşop və panel müzakirələr təşkil olunacaq. Gün ərzində “Yüksəliş” müsabiqəsinin qalibləri olan BDU məzunları panel müzakirələrdə uğur hekayələrini bölüşəcəklər. Sonra “Fish Farm” şirkətinin nümayəndələrinin iştirakı ilə “Beynəlxalq satış üzrə mütəxəssis”, “Paşa Sığorta” şirkəti tərəfindən “Karyera planlaması” mövzularında vörkşop keçiriləcək. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialı “Müsahibə texnikaları” adlı seminar, “Karyera planlaması” mövzusunda təlim təşkil edəcək.
Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.