Logo

BDU-da seminar: "Müsahibə texnikaları"

01.05.2024 18:46 232 baxış
IMG

Dövlət Məşğulluq Agentliyi Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Müsahibə texnikaları” mövzusunda seminar keçirib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Karyera Festivalı çərçivəsində təşkil olunan seminarda Agentliyin əməkdaşı Jalə Bənnayeva işədüzəlmə ərəfəsində işaxtaranların müsahibə texnikalarına yiyələnməsinin vacib məqam olduğunu qeyd edib. O, iş müsahibəsinin növləri barədə məlumat verib, özünəinamın, bədən dilinin, səmimiyyətin, şirkət və vəzifə barədə araşdırmanın, öncədən məşqetmənin bu prosesdə rolunu izah edib. Bildirib ki, araşdırmalara əsasən, ünsiyyətin 7 faizini sözlər, 38 faizini intonasiya, 55 faizini isə bədən dili təşkil edir. Bu baxımdan müsahibə mərhələsində bədən dilindən doğru istifadə işaxtaran şəxsi digər namizədlərdən fərqləndirən amilə çevrilə bilər.

Tədbir interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti