Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin iştirakı ilə infosessiya keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə prorektor Rəşad Əliyev mərkəzin təlimlərinin yeni dalğası barədə ətraflı məlumat verib. Bildirib ki, təlimlərdən yararlanmaq üçün ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan 17 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər.
Daha sonra Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları təlimlərin mahiyyəti və seçim proseduru haqqında zəruri məlumatları tələbələrin diqqətinə çatdırıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.