Logo

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb - FOTO

23.04.2024 17:36 147 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının iştirakı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məktəbin müəllim-şagird kollektivi ilə keçirilən görüşdə icraçı direktor coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani və Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Samira Abuşova “Yer günü”, “Qarabağa qayıdış”, “İşğaldan azad edilmiş torpaqlarda törədilən ekoloji terror” mövzularında maarifləndirici çıxış ediblər, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Sonra kompleksin şagirdlərinin hazırladıqları səhnəcik və videoçarx təqdim olunub.

Xəbər lenti