Logo

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

23.04.2024 19:09 223 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) tələbə və əməkdaşlarının təqdim etdiyi 7 layihə Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində qalib olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

“BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova tərəfindən təqdim edilmiş layihə müsabiqənin “Vətənimiz” qrantı üzrə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda qrant əldə edib. Layihə çərçivəsində 500 nəfərdən çox tələbə və şagirdə Heydər Əliyevin azərbaycançılıq ideologiyası aşılanacaq.

“BDU könüllüləri” təşkilatının sədr müavini İsmayıl Zeynalovun "Gənc proqramçılar - proqramlaşdırma müsabiqəsi" layihəsi “Azərbaycan könüllüsü” qrantı üzrə uğur qazanıb. Müsabiqə proqramlaşdırma və İT sahələri ilə ixtisaslarda təhsil alan və ya bu sahəyə marağı olan 16-29 yaş aralığındakı tələbələr arasında keçiriləcək.

BDU-nun Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman? intellektual oyunu” layihəsi üzrə qalib olub.

Bundan əlavə, BDU-nun Fizika fakültəsinin mütəxəssisi, Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun dissertantı Sara Rəhimzadə “Smart Agro Technology - Ağıllı Suvarma Texnologiyasının yaradılması”, Nanomaterialların kimyəvi fizikası kafedrasının I kurs doktorantı Məhəmməd Bağırov “Gələcəyin innovativ enerji texnologiyası”, Elmi təşkilati şöbənin mütəxəssisi Rəvanə Sadıxlı "Sky Observations Festival 2024", Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbəsi Ağababa Babayev “STEAM müəllimi ol” layihələri ilə müsabiqənin qalibi olublar.

Xəbər lenti