Logo

Qəbul imtahanında ən yüksək balı o topladı - FOTO

29.07.2021 08:31 1363 baxış
IMG

Xəbər verdiyimiz kimi, 2021-2022-ci tədris ili üçün II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

Tehsil.biz xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan iki nəfər - Salyan rayonu, 3 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 188 saylı orta məktəbin məzunları göstəriblər.

 

Salyan rayonu, 3 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

 

“Azərbaycan universitetləri” səhifəsinin məlumatına görə, II ixtisas qrupu üzrə ən yüksək bal toplayan Əflan Bədəlovdur.

 

O, 3 qat respublika fənn olimpiadasının qalibidir.

 

Xəbər lenti