Logo

Müəllim: Qazandığımız şanlı zəfərlə bütün şəhidlərimizin qisası alındı

26.11.2021 12:32 84 baxış
IMG

Vətən müharibəsi iştirakçısı olan müəllim Anar Miriyevin bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Anar Həsənağa oğlu Miriyev 1989-cu ildə anadan olub.

2007-ci ildə Bakı şəhəri 129 nömrəli tam orta məktəbi bitirib. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.

Təhsilini bitirdikdən sonra bir sıra qurumlarda könüllü kimi fəaliyyət göstərən A.Miriyev, eyni zamanda 2017-ci ildə  Bakı Şəhəri üzrə Təhsil İdarəsində də V könüllülük proqramında iştirak edib.

2015-2017-ci illərdə Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə laborant, 2018-2019-cu illərdə 72 nömrəli məktəb-liseydə uşaq birliyi təşkilatının rəhbəri vəzifələrində işləyib.

2019-cu ildən paytaxtdakı 12 nömrəli tam orta məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü səfərbərliyə yazılan A.Miriyev Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Vətən Müharibəsindəki şücaətinə görə o, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Qazanılan şanlı zəfərlə bütün şəhidlərimizin qisasının alındığını söyləyən A.Miriyev bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirir.

Xəbər lenti