Tələb yoxsa sözün əsl mənasında keyfiyyət. Söhbət məktəblərdə iş dəftərlərinin zəruri olub - olmamasından gedir. Çünki bəzən bu vəsaitlərin müəllimlər tərəfindən məcburi şəkildə valideynlərə aldırılması birmənalı şəkildə qəbul edilmir. Bunu həm uşaqlara əlavə yük, eyni zamanda ailənın maddi büdcəsinə ziyan kimi qiymətləndirirlər. Bəs iş dəftərlərini almaq məcburidirmi?
Tehsil.biz Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi məktəblərdə tələb olunur, bəzilərində isə yox. Söhbət şagirdlərin istifadə etdiyi iş dəftərlərindən gedir..
Məktəblərdə şagirdlərin biliklərinin yüksədilməsi üçün müəllimlər əlavə olaraq iş dəftərlərindən istifadə edirlər ki, bu da ev tapşırıqların çoxluğuna, şagirdlərin isə bütün bu materialları mənimsəməsində çətinlik yaradır.
Təhsil məsələləri üzrə eksperti Kamran Əsədov bildirir ki, tədris zamanı metodikanı düzgün seçən müəllim şagirdlərə proqramı lazımi səviyyədə öyrədə bilər.
Elə satıcılar da iş dəftərlərinə təlabatın yüksək olduğunu bildirir...İş dəftərlərinin sayının çox olması təkcə gündə ən azı 5-6 fənn keçən şagirdlərin məktəbə gedib - gələn zaman bu ağırlığı daşımaq məcburiyyəti ilə bitmir, eyni zamanda ailə büdcəsinə də əlavə yük olur.
Təhsil İnstitutunun təhsil resursları mərkəzinin direktoru Zaur İsayev isə bildirir ki, dərsliklərdə kifayət qədər çalışmalar var ki, mövcud proqramı mənimsəməyə yetərlidir. Yəni iş dəftərlərinin alınması könüllü və heÇ bir halda məcburi xarakter daşımır.
Ekspertlər hesab edir ki,şagirdlərin təhsillə yanaşı, onların asudə vaxtları da nəzərə alınmalıdır.