Logo

Əli Rəcəblinin 95 illiyinə həsr olunan II beynəlxalq konqres keçirilib - FOTO

16.05.2022 10:06 101 baxış
IMG

Türkiyənin Aydın şəhərində yerləşən Adnan Menderes Universitetində Azərbaycanın görkəmli numizmat alimi, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunan “Balkanlar, Anadolu, Qafqaz və Türküstanın coğrafiyası, sənəti, mədəniyyəti, tarixi və folkloru” adlı II beynəlxalq konqres keçirilib.

Tehsil.biz xəbər verir ki, 17 ölkəni təmsil edən 70-dən artıq məruzəçinin qatıldığı konqres həm onlayn, həm də canlı formatda baş tutub.

Konqresdə iştirak edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov plenar iclasda salamlama nitqi ilə çıxış etdikdən sonra, bölmədə olan məruzəsində “Qarabağın son Neolit dövrü abidələri” haqqında məlumat verib.

Tədbirin onlayn formatda olan hissəsində isə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları - t.ü.f.d. Leyla Rüstəmova “Leylatəpə mədəniyyətinin əsas mərkəzi - Qarabağ” (həmmüəllif: t.ü.f.d. Xaqani Alməmmədov) və elmi işçi Bədircahan Məmmədova “Zaqatala bölgəsinin arxeoloji irsi (dəmir dövrü abidələri)” mövzusunda məruzələrlə çıxış ediblər

 

Xəbər lenti