Logo

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçiriləcək

18.01.2021 10:44 528 baxış
IMG

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün iş planında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması prioritetdir.

 

Bu barədə Tehsil.biz-ə Milli Məclisdən məlumat verilib.

 

Elm və təhsil komitəsinin bugünkü onlayn iclasında həmin qanun layihəsinin hazırlanması və plenar iclasa tövsiyə edilməsi müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, bir neçə ildir ki, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzərində işlər gedir. Bununla bağlı işçi qrup da yaradılıb. İşçi qrupun tərkibi 2020-ci ilin sentyabrın 21-də dəyişdirilib.

Xəbər lenti