Logo

22 yanvar tarixində keçirilən brifinqdən əsas MESAJLAR

23.01.2021 21:07 737 baxış
IMG

22 yanvar 2021-ci il tarixində keçirilən brifinqdən əsas mesajlar:

 

☑️ Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunacaq. 

 

☑️ Həmin tarixdən etibarən ümumi təhsil müəssisələrində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər təhsil qruplarında əyani təhsil bərpa olunacaq. 

 

☑️ İbtidai siniflər üzrə əyani təhsilin Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır.  

 

☑️ Şagird sayı çox olan siniflər qruplara bölünəcək. Respublika üzrə 85 min 600 sinif var. Bu siniflərdən 310-da şagird sayı 40 və 40-dan yuxarıdır. Ümumilikdə şagird sayı 40-dan çox olan siniflərin sayı ümumi siniflərin 0,4 faizini təşkil edir. 

 

☑️ Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcək. 

 

☑️ Uşaq bağçalarının açılması ilə bağlı növbəti iki həftə ərzində qərar qəbul olunacaq. 

 

☑️ Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

 

☑️ Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. 

 

☑️ Yanvarın 27-dən məktəblilərin qış tətili başlayır, tətil fevralın 1-dək davam edəcək. 

 

☑️ Ümumi təhsil sistemində 150 minə yaxın təhsilverən var. Onlardan 128 min nəfəri onlayn platformada qeydiyyatdan keçib. 

 

☑️ 1 milyon 400 min təhsilalan onlayn platformada qeydiyyatdan keçib. 

 

☑️ Ötən ilin sentyabrından 2021-ci ilin yanvar ayınadək 3 min 130 teledərs təqdim olunub. 

 

☑️ Teledərslərə 12 milyondan artıq baxış olub. 

 

☑️ Teledərslər tədris ilinin sonuna qədər davam edəcək. 

 

☑️ Yanvarda “Virtual məktəb”də həftə ərzində 6 milyon 200 min dərs keçirilib. 

 

☑️ Elektron dərsliklərə 4 milyondan çox müraciət edilib. 

 

☑️ Respublika fənn olimpiadalarının ənənəvi qaydada keçirilməsi nəzərdə tutulur. Fevralın sonunda, yaxud martın əvvəllərində sıxlığa nəzarət etməklə olimpiadaların keçirilməsi planlaşdırılır.

 

☑️ Ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində təhsilin təşkili tələbələrin yüksək hərəkətlilik və yoluxma riskləri nəzərə alınaraq,  məsafədən təhsil formasında davam etdiriləcək. 

 

☑️ Müəyyən bir tarixdən sonra isə bu təhsil pilləsində praktik məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi qaydada təşkil edilə bilər. 

 

☑️ Hazırda təxminən 182 000 tələbə universitetlərdə ali təhsil alır. Onlardan 167 000-i bakalavr, 15 000-i magistrdir. 

 

☑️ Bakalavrların 65 100 nəfəri dövlət sifarişi əsasında təhsil alır. 16 500 nəfəri isə imtiyazlı qrupa aid olan tələbələrdir. E-telebe portalı vasitəsilə 11 500 nəfər tələbənin təhsil haqqı ödənilib. Ümumilikdə, bütün tələbələrin 55-56 faizinin təhsil haqqı dövlət tərəfindən ödənilir. 

 

☑️ Tələbələrə təhsil kreditləri təqdim olunması ilə bağlı dövlət büdcəsindən 80 milyon manat ayrılıb. Məqsəd ali təhsilin əlçatanlığını artırmaqdır.

Xəbər lenti