Logo

Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad olunur

30.09.2022 15:27 198 baxış
IMG

Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad oluna bilər.

"Tehsil.biz"in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub.

Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq.

Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Xəbər lenti