Logo

BDU alimi kənd təsərrüfatının optimal inkişafı üçün yeni yanaşmalar təklif edib

09.12.2022 12:10 247 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Nəcibə Hacıyevanın “Azərbaycanda kənd təsərrüfatının inkişafına ssenari yanaşması” (“Scenario approach to agricultural development in Azerbaijan”) adlı məqaləsi “Web of Sience” bazasının Q3 kateqoriyasında indekslənən “Journal of Eastern European and Central Asian Research” jurnalında dərc olunub.

Tehsil.biz xəbər verir ki, məqalədə sahələrarası balans modelini qurmaq və reqressiya təhlilindən istifadə etməklə Azərbaycan iqtisadiyyatının səmərəli diversifikasiyası üçün kənd təsərrüfatının inkişafının optimal ssenarisi əsaslandırılıb. Sənayenin cari inkişaf tendensiyalarının (innovativ, ətalət və balanslı) nəzərə alındığı məqalədə kənd təsərrüfatının optimal inkişaf ssenarilərinin müəyyən edilməsi üçün yanaşmalar təklif olunub. Balans modelindən istifadə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişaf göstəriciləri arasında səbəb-nəticə əlaqələrinin hesablanmasına və kənd təsərrüfatının inkişafının milli iqtisadiyyatın şaxələndirilməsinə təsirinin hərtərəfli qiymətləndirilməsinə kömək edir.

Məqalədə təklif olunan dəyişdirilmiş model klassik balans modelindən fərqli olaraq sənaye sahələrinin təkcə istehsal potensialını deyil, həm də onların neftdən asılılığının neytrallaşdırılması yolunda ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) formalaşdırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhfəsini qiymətləndirmək imkanlarını təmin edir.

DOI: http://dx.doi.org/10.15549/jeecar.v8i4.835

Xəbər lenti