Logo

İctimai TV: "Bu səhvlə əlaqədar dərin təəssüf hissi keçiririk"

08.02.2023 22:53 466 baxış
IMG

"Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranmış faciəvi vəziyyətin dərhal geniş ictimaiyyətə çatdırılması hadisənin ilk saatlarından İctimai Televiziya və Radio Yayımları Şirkəti üçün prioritet istiqamət olub".

Tehsil.biz xəbər verir ki, bu barədə İctimai TV məlumat yayıb.

Bildirilib ki, çoxsaylı insan tələfatı ilə əlaqədar efir proqramında dərhal dəyişiklik edilib, musiqi-əyləncə məzmunlu verilişlər efirdən çıxarılıb.

"Xəbər buraxılışlarımızla yanaşı, yayımlanan bütün verilişlərimizdə əsas diqqət məhz qardaş ölkədə baş vermiş bu hadisənin ağır nəticələrinin işıqlandırılmasına, Azərbaycanda yardım toplanması prosesinə yönəldilib. Hadisədən dərhal sonra xüsusi çəkiliş qruplarımız Türkiyəyə ezam edilib. Hadisənin bütün təfərrüatlarının geniş işıqlandırılması borcumuzdur.

Təəssüf ki, ötən gün gecə saat 01:15-də proqram departamentinin məsul əməkdaşı tərəfindən yol verilən diqqətsizlik və texniki səhv üzündən efirə hələ ötən həftədən planlaşdırılmış köhnə proqram setkası üzrə musiqi nömrəsi verilib. Hərçənd ki, zəlzələdən sonra tərtib olunan yeni proqramda bu musiqi nömrəsi digər verilişlə əvəzlənmişdi.

Baş vermiş bu səhvlə əlaqədar dərin təəssüf hissi keçiririk", - qurumun məlumatında qeyd olunub.

Xəbər lenti