Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Görüş çərçivəsində ISESCO ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Salim bin Məhəmməd əl-Malik noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksək səviyyəli panellərdə də iştirak edib.