Logo

ADAU kollektivi Cənubi Koreyanın “Ağıllı kənd təsərrüfatı” təcrübəsi barədə məlumatlandırılıb

13.11.2024 20:45 242 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Fariz Ələkbərov Koreya Respublikasında əldə etdiyi qabaqcıl “Ağıllı kənd təsərrüfatı” təcrübələrini universitetin professor-müəllim heyəti, tələbələr və inzibati heyəti ilə bölüşüb.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, təlim zamanı Fariz Ələkbərov ağıllı kənd təsərrüfatı, dəqiq əkinçilik, IOT sensor texnologiyalarının əkinçilik sahəsində tətbiqi və smart istixanaların idarə edilməsi barədə yeni bilik və bacarıqlarını təqdim edib.

Təlimdə Koreyanın ağıllı kənd təsərrüfatında tətbiq etdiyi innovativ metodlar və bu təcrübələrin Azərbaycanda tətbiqi üçün imkanlar müzakirə olunub. Eyni zamanda, ekoloji amillərin IOT texnologiyaları vasitəsilə idarə edilməsi və kənd təsərrüfatında rəqəmsal texnologiyaların rolunun artırılması yolları haqqında fikir mübadiləsi aparılıb.

Fariz Ələkbərovun təşkil etdiyi təlim ADAU-da rəqəmsal kənd təsərrüfatı sahəsində bilik və bacarıqların genişləndirilməsi istiqamətində atılan önəmli addımlardan biri kimi qiymətləndirilib. Təlimdə iştirak edənlər yeni məlumatları universitetin fəaliyyətində tətbiq etməyə yönəlmiş ideya və təşəbbüslər irəli sürüblər.

Xəbər lenti