Logo

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib

09.11.2024 11:41 345 baxış
IMG

zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən beynəlxalq imtahanlara start verilib. Ümumilikdə, 900 müəllim bu imtahanlarda uğur qazanıb.

Mərkəzdən TƏHSİL.BİZ -ə bildirilib ki, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Sabirabad, Zaqatala, Zərdab, Şəki, Yevlax, Mingəçevir, Qax və Saatlıda aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:

1. “Microsoft” sertifikatlı pedaqoq;

2. "Müəllimlər üçün rəqəmsal savadlılıq".

Həmçinin bildirilib ki, dekabr ayına qədər 5 minə yaxın müəllimin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi hədəflənir.

Qeyd edək ki, imtahanların məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq və tədris keyfiyyətini yüksəltməkdir.

Xəbər lenti