Logo

Fəlsəfə və Sosiologiya İnstitutunda COP29-a həsr edilən elmi seminar keçirilib

09.11.2024 11:45 306 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika və Sosial psixologiya şöbələrinin birgə təşkilatçılığı ilə COP29-a həsr edilən elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat veriilib.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadənin “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosiologiyanın problemləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə insan və təbiət münasibətlərinin elmi-praktik problemlərini tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunulub. Bildirilib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib.

Elmi seminarda institutun şöbə müdiri dosent Günel Məlikli COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada yüksək nüfuzunun göstəricisi olduğunu vurğulayıb.

“COP29 çərçivəsində 2050-ci ilə qədər qazıntı yanacaqlarından tamamilə imtina etmək barədə razılıq da əldə oluna bilər. Buna əsasən dövlətlər ətraf mühitin mühafizəsi məsələlərində daha qətiyyətli addımlar ata bilərlər. Bakıda keçiriləcək COP29 mühüm qərarların qəbul edildiyi platforma olacaq. COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir”, - deyə dosent Günel Məlikli vurğulayıb.

Seminar müzakirələrlə davam edib.

Xəbər lenti