Logo

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 8 Noyabr “Zəfər günü"münasibətilə sərgi keçirilib

09.11.2024 13:34 589 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "CreART" klubunun təşkilatçılığı ilə tələbələr "Cop29" çərçivəsində, həmçinin 8 Noyabr “Zəfər günü"münasibətilə keçirilən sərgidə hazırladıqları əl işlərini nümayiş etdirdilər. 
Hər bir əsər, planetimizin qarşılaşdığı ətraf mühit problemlərinə və bunlarla bağlı kollektiv məsuliyyətimizə dair güclü bir mesaj verir. Bu sərgi, sənətin iqlim dəyişiklikləri ilə mübarizədə bir vasitə kimi necə güclü ola biləcəyini nümayiş etdirir və ziyarətçiləri ətraf mühitin qorunmasına dair fərdi və cəmiyyət olaraq nələr edə biləcəyimizi düşünməyə təşviq edir.

COP 29-un bir hissəsi olaraq keçirilən bu sərgi, həm də bir çağırışdır: Təbiətə və planetimizə qarşı məsuliyyətimizi artırmalı, hərəkətə keçməli və daha yaşıl bir gələcək üçün hər birimizin üzərinə düşən vəzifəni yerinə yetirməliyik.

Azərbaycanın belə bir tədbirdə iştirak etməsi və bu tədbirə ev sahibliyi etməsi ölkəmizin inkişafı və yerli, regional, beynəlxalq miqyasda uğur qazanması üçün böyük addımdır.

Xəbər lenti