BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Çin nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olub.
Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqlara Azərbaycanın qədim dövrlərdən indiyə qədər mədəni irsi və tarixi inkişafını əks etdirən eksponatlar, nadir nümunələr barədə məlumat verilib. Çin nümayəndə heyəti muzeyin eksponatlarına böyük maraq göstərərək Azərbaycanın zəngin mədəni irsi ilə tanış olub.