Logo

Dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb

07.11.2024 12:00 253 baxış
IMG

Dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) oktyabrın 6-da keçirdiyi test imtahanında uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb.

Bu barədə TƏHSİL.BİZ -ə DİM-dən məlumat verilib. Bildirilib ki, sertifikat əldə etmək barədə müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər [email protected] ünvanına şəxsiyyəti təsdiqləyən sənədin surətini əlavə etməklə müraciət göndərməlidirlər.

Xəbər lenti