Logo

Sosial-İqtisadi Kollecdə “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib

07.11.2024 18:05 435 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.

Kollecdən TƏHSİL.BİZ  bildirilib ki, tədbirdə çıxış edən direktor Şəhriyar Laçınov Zəfər Gününün tarixindən söz açıb. Direktor vurğulayıb ki, şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz gücünü nəinki düşmənə, onun havadarlarına da göstərdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun başladığı əks-hücum əməliyyatı Zəfərlə yekunlaşdı: “Biz tariximizi heç vaxt unutmamalıyıq. Biz qalib xalqıq və bu qalibiyyəti heç kim bizim əlimizdən ala bilməz”.

Tədbirdə Qarabağ müharibəsi veteranı polkovnik Etibar Pirimov, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov noyabrın 8-nin Azərbaycan tarixinə şanlı salnamə kimi yazıldığını vurğulayıblar. Qeyd edilib ki, Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Tədbirdə şəhid İbrahim Cəfərovun həyat yoldaşı Xalidə Cəfərova çıxış edərək Azərbaycan Ordusunun düşməndən götürdüyü silah-sursatı, hərbi texnika və döyüş bayraqlarını Hərbi Qənimətlər Parkında görməsindən qürur hissi keçirdiyini vurğulayıb.

Sonra tədbir iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Tədbir kollecin müəllim və tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.

Xəbər lenti