Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində noyabrın 23-də, beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə noyabrın 25-də olacaq.
Qeyd edək ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.