Logo

Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

07.11.2024 12:08 275 baxış
IMG

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin 300 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasına səfər edib.

Nazirlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, səfərin məqsədi Rusiya-Azərbaycan Forumunun nəticələri əsasında iki ölkənin ali təhsil müəssisələri ilə yaxından tanışlıq və əməkdaşlıq perspektivlərini müəyyən etməkdir.

Nümayəndə heyətində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev yer alıb.

Səfər çərçivəsində nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçev ilə görüş keçirib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, təcrübə mübadiləsinin aparılması məqsədilə Sankt-Peterburq Dövlət Universitetinin tətbiqi kibernetika, geofizika, iqtisadiyyat, sistem proqramlaşdırılması və digər kafedralarının nümayəndələri ilə görüşlər keçirilib və fəaliyyətləri barədə təqdimatlar edilib.

Xəbər lenti