Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə elmi müəssisənin baş direktoru professor Səyyarə İbadullayeva Zəfər Gününün tarixi əhəmiyyətindən, ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn Vətən övladlarının əziz xatirəsinin heç zaman unudulmayacağını diqqətə çatdıran professor qazilərə və veteranlara cansağlığı arzulayıb.
Tədbirin sonunda direktor institutun əməkdaşı, müharibə veteranı Fərid Nəsrullayevi fəxri fərmanla təltif edib.