Logo

Təkmilləşdirilməkdə olan tarix fənn kurikulumunun müzakirəsi təşkil edilib

07.11.2024 17:11 307 baxış
IMG

Təhsil İnstitutunda Dövlət İmtahan Mərkəzi, AMEA-nın Tarix və Etnologiya, Arxeologiya və Antropologiya İnstitutunun, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universitetinin ekspertləri və müəllif heyətinin iştirakı ilə təkmilləşdirilməkdə olan tarix fənn kurikulumunun müzakirəsi keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə verilən məlumata görə, görüşdə Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib və tarix fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü Hafiz Cabbarov tarix fənn kurikulumunun təkmilləşdirilməsində nəzərə alınmış məqamları özündə əks etdirən təqdimatla çıxış edib.

Sonra müəllif heyəti üzvü Səxavət Zeynalov və Ramil Tanrıverdi məzmunda edilən dəyişikliklər, qiymətləndirməyə dair tövsiyələr barədə danışıb və görüş ekspretlərlə qarşılıqlı müzakirə formatında davam edib. Ekspertlər xüsusən konsentrik prinsipdən xətti prinsipə keçidi müsbət qiymətləndiriblər. Onlar sənədə dair rəy və təkliflərini səsləndirib, görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Təkmilləşdirmə zamanı məzmun standartlarının konkret və anlaşılan formada təqdim edilməsi, hər altstandart üçün izahın verilməsi və müvafiq sinifdaxili fəaliyyətin tövsiyə olunması xüsusilə təqdirəlayiq hesab edilib.

Xəbər lenti