Almaniyanın Şmalkalden Universitetinin tələbə və müəllim heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bu barədə TƏHSİL.BİZ -ə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonaqlar üçün BANM kampusunda tur təşkil edilib.
Ali Məktəbin Neft-qaz kafedrasının dosenti Qəşəm Zeynalov və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin tarixi araşdırmalar üzrə mütəxəssisi Pərvin Ahənçi tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda Bakının neft sənayesindəki tarixi inkişafı və bu irsin bugünkü təsirləri ətraflı şəkildə izah olunub.
Qonaqlar enerji siyasəti və neft sənayesi ilə bağlı onları maraqlandıran suallar verib, mövzu ətrafında müzakirələr aparıblar.