Logo

Həsən Həsənli "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" tədbirində çıxış edib

14.11.2024 10:33 191 baxış
IMG

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" mövzusunda tədbir keçirilib. 
 

İqlim dəyişikliyinə qarşı mübarizədə təhsilin roluna həsr olunmuş tədbirdə təhsilin davamlı inkişafı və ekoloji problemlərin həllindəki əhəmiyyəti müzakirə edilib.
 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsilin iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli rolunu diqqətə çatdırıb.Son illərdə ölkəmizin təhsil sisteminə iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusi diqqət ayrıldığını vurğulayan Həsən Həsənli qeyd edib ki, bütün bunlar şagirdlərimizin ətraf mühit problemlərinə və dayanıqlılığa töhfə verməsinə hesablanıb.Azərbaycanda uğurla tətbiq olunan STEAM təhsili şagirdlərin yaşıl enerji, dayanıqlılıq və yeni texnologiyalarla bağlı real layihələr üzərində işləməsinə imkan yaradır. 
 

Həsən Həsənli çıxışında təhsil prosesində iqlim dəyişikliyi mövzusunu tədris etmək üçün müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 
 

Nazir müavini həmçinin ali təhsildə iqlim həllərinə dair tədqiqatların təşviq edildiyini və COP29 çərçivəsində dayanıqlılıq mövzusunda müzakirələrin davam etdiriləcəyini bildirib.
 

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

 

 


 

Xəbər lenti