Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Nazirlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, vətəndaşlar 146-0-12 nömrəsi ilə əlaqə yaratmaqla Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.