Logo

Azərbaycanlı alim beynəlxalq konqresdə informasiya məkanında türk xalqlarının birliyindən danışıb

25.11.2024 12:53 35 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva Türkiyənin Antalya şəhərində Ziya Göyalpın vəfatının 100 illiyinə həsr edilmiş Türk Dünyasının V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresində iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, azərbaycanlı alim konqresdə “Türk dünyası yeni geosiyasi konyunkturada” adlı məruzə ilə çıxış edib.

Professor məruzəsində qeyd edib ki, informasiya ideyası müasir siyasi prosesdə əsas amildir. Beynəlxalq təhlükəsizliyin əsas parametrləri dəyişir. İnformasiya sahəsi informasiya cəmiyyətində mədəni üstünlüklərin rolunu aktuallaşdıran mədəni dəyərlər uğrunda mübarizə ilə xarakterizə olunur. Milli mentalitet və mədəniyyət dövlətin informasiya təsirinə məruz qalan əsas geosiyasi potensialıdır. Qeyd olunanlar virtual məkanda siyasi təfəkkürün və informasiya üstünlüyünün simvolik mahiyyətini hər zaman olduğundan daha çox aktuallaşdırır.

Vurğulanıb ki, geosiyasi müstəvidə yaranan reallıqlara uyğunlaşma Türk dünyası ölkələri üçün zərurətə çevrilib. Türk xalqlarının mental birliyi informasiya məkanında türk mədəniyyətinin “simvolik kapital”ıdır, strateji geosiyasi əhəmiyyəti hər gün daha da artır. Məhz bu (mədəniyyətin “simvolik kapital”ı), türk cəmiyyətlərinin siyasi mədəniyyətinin mental və mənəvi müstəvisini təşkil edir.

Alim qeyd edib ki, “simvolik kapital” qlobal kommunikasiya kanallarına ötürülür və bu gün “yumşaq güc” kimi istifadə olunur. Bu, xüsusilə informasiya və ideoloji qarşıdurma kontekstində mədəni və ideoloji təsirin aktuallığını müəyyən edir. Bu kontekstdə informasiya və media sahəsi virtual siyasi mübarizədə informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Xəbər lenti