Logo

ADNSU tələbələrinə “İT sektorunda uğur strategiyaları və şirkətlərin tələbləri” adlı seminar keçirilib

25.11.2024 17:12 27 baxış
IMG

Noyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  “SEQMENT”, “ERP-İNTEL”, “SAFETYEVER” və “Resource Planning” şirkətlərinin nümayəndələri tərəfindən “Kompüter mühəndisliyi” kafedrasınının tələbələrinə seminar keçirilib. 

 “İT sektorunda uğur strategiyaları və şirkətlərin tələbləri” adlı seminarda mütəxəssislər tərəfindən tələbələrə İT sahəsindəki karyera imkanları və şirkətlərin tələbləri, proqramlaşdırma dilləri seçimləri, ERP sistemləri və onların tətbiqi, SQL və verilənlər bazası kimi istiqamətlər üzrə geniş məlumat veriblər. 

Seminarın sonunda tələbələr arasında yarış təşkil edilib və qalib tələbələr müəssisələrdə təcrübə keçmək imkanı əldə ediblər.

Xəbər lenti