Logo

DİM-in təşəbbüsü ilə “Səriştə modelinin təsdiqlənməsi” üzrə onlayn görüş keçirilib

26.02.2021 19:56 294 baxış
IMG

26 fevral 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), həmçinin Avropa İttifaqının SIGMA proqramının beynəlxalq ekspertləri arasında dövlət qulluğu sistemi üçün səriştə modelinin tətbiqi istiqamətində praktiki fəaliyyətin müzakirə edildiyi onlayn görüş keçirilib.

 

Görüşdə əsasən müsahibələr zamanı yaranan çətinliklər və onların aradan qaldırılmasına dair təkliflər müzakirə edilib, həmçinin müsahibə zamanı ortaya çıxan davranışların səriştələrə uyğunlaşdırılması üzrə praktiki məşğələ təşkil edilib.

 

Növbəti həftələrdə dövlət qulluğu sistemində səriştə modelinin tətbiqi məqsədilə seçilən pilot layihənin iştirakçı qurumlarında müsahibələrin başlanılması gözlənilir.

 

Qeyd edək ki, davam edən silsilə görüşlərin məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsidir.

 

Görüşdə iştirakçılar üçün ingilis-Azərbaycan dili və əksinə tərcümə xidməti təşkil edilib.

Xəbər lenti