Logo

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

15.03.2024 19:33 115 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, qəzetin ön səhifəsində “Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb” başlıqlı icmal yer alıb.

İkinci səhifədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, Azərbaycan-Türkiyə və Azərbaycan-Kərkük elmi əməkdaşlığı çərçivəsində AMEA prezidentinin keçirdiyi görüşlərə dair xəbərlər dərc edilib.

Qəzetdə AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Gəncə Bölməsində ədəbiyyatşünas alim akademik Həmid Araslının 115 illik yubileyinə həsr olunmuş elmi konfransda iştirakı, eləcə də səfər çərçivəsində baş tutan ziyarətlərə dair xəbərlər yer alıb.

Bügünkü sayda AMEA-nın Rəyasət Heyəti üzvlərinin görüşlərinə dair xəbərlər, “Tarixi torpaqlarımızda yenidən bayram tonqalları yandırılır”, “Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi”, “Ziyayi-Qafqaziyyə çağımızda” və “Məhəmməd Füzuli və Cəlil Məmmədquluzadə: kəsişən xətlər və paralellər” başlıqlı məqalələrlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

Xəbər lenti