Logo

Misirdə “Azərbaycanı kəşf et” müsabiqəsinin qalibləri mükafatlandırılıb

16.03.2024 12:41 155 baxış
IMG

Misirdə “Azərbaycanı kəşf et” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Misirdəki Azərbaycan diasporundan "Tehsil.biz"ə bildirilib ki, Qahirənin Fəhmi Paşa Sarayında Ramazan ab-havasında keçirilən mükafatlandırma mərasimində ölkəmizin Misirdəki səfiri Elxan Poluxov, Türkiyənin Misirdəki səfiri Salih Mutlu Şen, habelə Pakistan, Özbəkistan, Qananın diplomatları, Misir hökumətinin və parlamentinin nümayəndələri, alimlər və jurnalistlər iştirak ediblər. Tədbirə qatılanlar arasında BMT-nin xoşməramlı elçisi, Misirin məşhur müğənnisi Yüsra da olub.

Qahirədə yaşayan soydaşımız Sədaqət Qəhrəmanovanın təşəbbüsü ilə keçirilən müsabiqənin əsas məqsədi Misir vətəndaşlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək, xalqımızın milli mədəniyyətinin təbliğidir. Müxtəlif yaş qruplarından olan iştirakçılar rəsm, poeziya, qısametrajlı film və musiqi sahələrində Azərbaycana həsr etdikləri işlərini təqdim ediblər.

Mərasimdə çıxış edən səfir E.Poluxov qalibləri təbrik edib. O vurğulayıb ki, builki müsabiqə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.

Müsabiqənin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Mərasimdən sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.

Xəbər lenti