Logo

"Yüksəliş" intellektual kvizi – Bahar mövsümü həyata keçirilib - FOTO

17.03.2024 22:31 174 baxış
IMG

“Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Yüksəliş" intellektual kvizi – Bahar mövsümü həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarış “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçılarının iştirakı üçün nəzərdə tutulub.

Yarışda 40 komanda iştirak edib. 40 komanda arasından birinci yerə “Smart Customs”, ikinci yerə “Xəzər”, üçüncü yerə isə “Hepta dron” komandaları çıxıblar.

“Yüksəliş” müsabiqəsi tərəfindən artıq ikinci dəfədir ki, yarımfinalçılar, finalçılar və qaliblər arasında intellektual yarış keçirilir. Qeyd edək ki, ötən il baş tutan yarış Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti