Logo

Təhsil müəsisələrində pulsuz tibbi xidmətin göstərilməsi qaydası dəyişir

08.04.2021 15:04 323 baxış
IMG

Təhsil müəssisələrində iaşə və tibb xidmətinin göstərilməsi qaydası dəyişir.

 

Tehsil.biz-in məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqanın (qurumun) - TƏBİB-in müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstəriləcək.

 

Qüvvədə olan qanuna əsasən, təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilirdi.

 

Eyni zamanda, təhsil sahəsində dövlətin vəzifələrinə də dəyişiklik təklif edilir.

 

Belə ki, dövlət təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək təhsil sahəsində dövlətin vəzifəsi hesab olunacaq.

 

Qüvvədə olan qanuna əsasən, dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək təhsil sahəsində dövlətin vəzifəsi idi.

Xəbər lenti