Logo

AMEA-da BMT nümayəndələri ilə görüş olub

18.03.2024 14:14 160 baxış
IMG

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) nümayəndələri ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, UNİDO-nun baş direktor müavini və icraçı direktoru, baş direktorun Afrika üzrə xüsusi nümayəndəsi Fatou Haidara və təşkilatın Avropa və Mərkəzi Asiya regional bürosunun qlobal tərəfdaşlıq və xarici əlaqələr üzrə rəhbəri Solomiya Omelianın iştirak etdikləri görüşdə AMEA-nın beynəlxalq əlaqələri barədə ətraflı söhbət aparılıb.

Sonra qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar. AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov qonaqlara binanın tarixi, memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verib. BMT nümayəndələri, həmçinin AMEA-nın elmi istiqamətləri barədə məlumat alıblar.

Qonaqlar Azərbaycana səfərdən, o cümlədən akademiyada keçirilən görüşdən məmnun qaldıqlarını ifadə ediblər.

Xəbər lenti